Böyüklər və gənclər arasında ilk dəfə kata üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasınınmətbuat xidmətindən verilən məlumata görə, böyüklərin yarışında 2009-cu il və ondan aşağı, gənclərin mübarizəsində isə 2005-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Dekabrın 23-də start götürəcək yarışdan əvvəl məşqçilər və cüdoçular üçün kata üzrə seminar təşkil olunacaq.