XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026



Azərbaycan Kubokunda ilk mərhələnin oyun təqvimi açıqlanıb
İdman 13:26 / 09.12.2024

Futzal üzrə Azərbaycan Kubokunda ilkin mərhələnin oyun təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, bu mərhələdə I Liqa turnir cədvəlinin son 4 pilləsində yer alan komandalar qarşılaşacaqlar.

Dekabrın 26-da saat 20:00-da "Ulduz” "Dəstə Ordubad”la, saat 21:00-da isə "Çarşı Bakı” "Delta” ilə üz-üzə gələcək. Hər iki görüş Olimpik Starda gerçəkləşəcək.

Qaliblər 1/8 final mərhələsinə yüksələcəklər. Bu və sonrakı mərhələlərin oyun təqvimi püşk vasitəsilə müəyyənləşəcək.


16009 oxunub

InvestAZ