XƏBƏR LENTİ
26 Noyabr 2024
25 Noyabr 2024
24 Noyabr 2024
21 Noyabr 2024
19 Noyabr 2024
15 Noyabr 2024
14 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024



Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevin 87 yaşı tamam olur ​
İdman 19:50 / 24.11.2024

Noyabrın 24-də Azərbaycanın dəyərli ziyalısı, ictimai-siyasi və idman xadimi, professor Ağacan Abıyevın 87 yaşı tamam olur.

Ağacan Qulam oğlu Abıyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində anadan olub.

Ağacan Abıyevin adı ölkəmizin boks tarixinə qızıl hərflərlə yazılıb və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (1987-2015) ən uzun ömürlü rektoru kimi (28 il) tarixə düşüb. 

2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin elm və təhsil komitəsinin üzvü, intizam komissiyasının sədri vəzifəsində çalışmışdır. 1987-ci ildən Azərbaycan Boks Federasiyasının prezidenti və daha sonra I vitse-prezidenti olan Ağacan Abıyev həmçinin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) baş katibi (1992-2021), Olimpiya Akademiyasının prezidenti, Avropa Beynəlxalq Boks Federasiyasının (AİBA) vitse-prezidenti, Dünya Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub. O, SSRİ-nin fəxri idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakimdir. Azərbaycan prezidentinin Sərəncamları ilə  "Şöhrət" və "Şərəf" ordenlərilə təltif edilib, "Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 

Elm sahəsində də Ağacan müəllimin böyük xidmətləri olub. O, 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarındandır. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan Ağacan Abıyev Azərbaycanda İdmanın və Olimpiya Hərəkatının kütləviləşməsində və inkişafında mühüm rol oynayıb.

Ağacan Abıyevi doğum günü münasibəti ilə təbrik, edir ona Azərbaycan idmanının rifahı naminə möhkəm can sağlığı arzu edirik. 


442 oxunub

InvestAZ