XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib
İdman 11:53 / 12.11.2024

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) "Hədəflərin əlaqələndirilməsi: həyata keçirilə bilən və investisiyaya hazır müəyyənləşdirilmiş milli töhfələr” mövzusunda panel diskussiya təşkil edilib.

Paneldə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), BMT-nin İnkişaf Proqramı (UNDP), Netto Sıfır uğrunda Qlazqo Maliyyə Alyansı (GFANZ), eləcə də Qazaxıstan, Almaniya və Filippin rəsmiləri çıxış ediblər.

İlk olaraq diqqətə çatdırılıb ki, müəyyənləşdirilmiş milli töhfələr 2015-ci il Paris İqlim Sazişi çərçivəsində qlobal istiləşmənin məhdudlaşdırılması məqsədilə dövlətlərin fərdi qaydada müəyyənləşdirdiyi ətraf mühitin mühafizəsi hədəfləridir və bu hədəflərin implementasiyası diqqət mərkəzində saxlanmalı, onlar yeni iqlim çağırışlarına uyğunlaşdırılmalıdır.

Çıxış edən natiqlər Paris Sazişinin hədəflərinə nail olmaq üçün uğurlu təcrübələrin bölüşülməsi, multilateral əməkdaşlığın gücləndirilməsi, milli qanunvericiliyin bu hədəflərin reallaşdırılması üçün uyğunlaşdırılması ilə bağlı fikirlərini səsləndiriblər. Paneldə istixana qazlarının azaldılması səyləri üzrə inklüziv forum çərçivəsində iqtisadi analizlərin təhlili və hökumətlərin öhdəlikləri ətrafında da müzakirələr aparılıb.

Müzakirələrdə, həmçinin emissiyaların məhdudlaşdırılması, yaşıl texnologiyaların dəstəklənməsi və innovativ infrastrukturların inkişafı naminə iqlim maliyyəsi ilə bağlı yeni çərçivə razılaşmasının vacibliyi vurğulanıb.


18340 oxunub

InvestAZ