Bakıda bədii gimnastika üzrə ”Winter Fairytale” beynəlxalq turniri keçiriləcək.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən məlumat verilib. Yarış dekabrın 14-15-də Milli Gimnastika Arenasında təşkil ediləcək.
AGF-dən bildirilib ki, tədbir 2009-2018-ci il təvəllüdlü gimnastların nağılları xatırladan çıxışlarını və qışın sehrini bir araya gətirəcək.