XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən kamandan oxatanlarla görüş olub
İdman 15:15 / 10.10.2024

Azərbaycan Kamandan Oxatma Federasiyasında (AKOF) milli komandanın baş məşqçisi Natiq Fazilov, ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüş olub.

AKOF-un mətbuat xidmətindən verilən məlumata görə, federasiya üzvləri hər iki oxatanın yerli və beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.

Qeyd edək ki, üç ildir oxatma idman növü ilə məşğul olan 17 yaşlı F.Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprel ayında gənclərarası Avropa Kubokunda qazandığı ikinciliklə Avropadan Azərbaycana medal gətirən ilk idmançı adına sahib çıxıb. Yığma üzvü avqustun 23-25-də təşkil olunmuş ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.

Dördqat respublika çempionu olan M.Əliyev isə Antalyada təşkil olunan Dünya Kubokunda 661 xalla Azərbaycan rekordunu yeniləyib.

Məhəmmədəli ilə Fatimə Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərin komanda yarışlarında isə müvafiq olaraq, gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.


2728 oxunub

InvestAZ