XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Pəhləvanlarımız Bakıda təlim-məşq toplanışında iştirak edirlər
İdman 12:08 / 09.10.2024

Azərbaycanın güləş milliləri Bakıda təlim-məşq toplanışı keçirlər.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, qadınlardan ibarət yığmamız sentyabrın 30-dan hazırlıq prosesinə start verib.

Toplanış oktyabrın 21-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə milli isə oktyabrın 7-də bir araya gəlib. Bu komandanın toplanışı 20 gün davam edəcək.

Sərbəst güləşçilər isə sabahdan hazırlıq prosesinə başlayacaqlar.

Böyüklərdən ibarət komandalar məşqlərini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirlər. Taktiki-texniki çalışmalara üstünlük verilən toplanış U-23 dünya çempionatına (21-27 oktyabr) və böyüklərin dünya çempionatına (28-31 oktyabr) hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, hər iki yarış Albaniyanın paytaxtı Tiranada keçiriləcək.


2898 oxunub

InvestAZ