XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



IV rəqəmsal kommunikasiya və sosial media seminarı uğurla başa çatıb
İdman 12:37 / 05.10.2024

Bakıda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Olimpiya Komitələri (AOK) və Milli Olimpiya Komitələri Assosiasiyası (MOKA) ilə birgə əməkdaşlığı ilə rəqəmsal kommunikasiyanın inkişafına yönəlmiş IV rəqəmsal kommunikasiya və sosial media seminarı (DCSMS IV) keçirilib.

Oktyabrın 2-dən 4-dək keçirilən seminar 30-dan çox Milli Olimpiya Komitəsi (MOK) və 9 Atletlər Komissiyasının (AK) nümayəndələrini bir araya gətirərək Olimpiya Hərəkatı çərçivəsində rəqəmsal iştirakın artırılması məqsədini bölüşüblər. Seminar hibrid - canlı və virtual formatda olmaqla dünyanın hər yerindən 70-dən çox MOK nümayəndələrinə müxtəlif müzakirələrə qoşulması və faydalanması imkanı verib.

Seminar Azərbaycan MOK-nun baş katibi Azər Əliyev, BOK MOK Əlaqələri və Olimpiya Həmrəyliyi baş direktorun müavini Lenny Abbey (onlayn), AOK-un prezidenti Spiros Kapralos (video mesaj) və MOKA-nın baş katibi Qunilla Lindberq (video mesaj) tərəfindən edilən açılış nitqləri ilə başlayıb.

Çıxışçılar seminarın işinə uğurlar arzulayaraq, rəqəmsal kommunikasiyalarda innovasiya və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Seminarın əsas mövzusu Paris-2024-ün rəqəmsal nəticələrinin ətraflı araşdırılması olduğundan, ilk təqdimat BOK Rəqəmsal Kommunikasiya və Marketinq Departamenti tərəfindən olub. BOK nümayəndəsi Oyunların rəqəmsal uğuruna töhfə verən strategiyalar, çətinliklər və ən yaxşı təcrübələr barədə əsas fikirlərini paylaşıb. Olimpiya Hərəkatında süni intellekt (AI) gündəliyinə dair təqdimat isə süni intellektin gənc istedadların aşkarlanması və azarkeşlərin cəlb edilməsi üçün necə istifadə olunduğu və idmanda süni intellektin gələcəyi haqqında olub.

Digər müzakirələrdə AOK və JTA tərəfindən Qitə Assosiasiyaları və MOK-lar arasında əməkdaşlıq, eləcə də Beynəlxalq Cüdo Federasiyası tərəfindən Paris-2024 üçün rəqəmsal problemlərin həlli ilə bağlı fikirlər müzakirə olunub. Azərbaycan Cüdo Federasiyası da müxtəlif platformalarda rəqəmsal əhatəni artırmaq üçün öz Paris-2024 və gələcək strategiyalarını paylaşıb.

Seminarın ən maraqlı sessiyalarından biri MOKA və Redtorç tərəfindən təqdim olunan Paris-2024 sosial media hesabatı olub. Bu sessiyada Paris-2024 Olimpiya Oyunları zamanı MOK-ların müxtəlif sosial media platformalarında iştirakı, onun səviyyəsi və nəticələrinin hərtərəfli təhlilini təqdim edilib. Son gündə nümayiş etdirilən ATOS-a aid təqdimatda rəqəmsal innovasiya və AOK rəqəmsal ekosistem haqqında olub. Sessiyadan sonra təşkil edilmiş interaktiv qrup müzakirələrində MOK və AK nümayəndələri öz təcrübə və gələcək planlarını bölüşməklə, həm də bu istiqamətdə ehtiyaclarını müəyyənləşdiriblər.

Həmçinin rəqəmsal marketinq, SMM sahəsində ixtisaslaşan Endorphin Agency və N3XTSPORTS AI gələcək rəqəmsal hekayə anlatımı və müxtəlif internet platformalarında rəqəmsal iştirakın maksimuma çatdırılması ilə bağlı təqdimatlar edilib.

Bakıda 50 nəfərin canlı iştirakı, çoxsaylı digər iştirakçıların isə onlayn formada qoşulduğu seminar, gələcək rəqəmsal kommunikasiyaya dair layihələr üçün bilik mübadiləsi, şəbəkələşmə və əməkdaşlıq üçün uğurlu platforma yaradıb.

Beynəlxalq Cüdo Federasiyasının Yeni Texnologiyalar və Yüksək Performans Komissiyası seminar üçün təşkil etdiyi yüksək sürətli internet və İKT avandalıqları seminarın hibrid formatda müvəffəqiyyətlə keçirilməsini təmin edib. İştirakçıların müxtəlifliyi – kommunikasiya ilə yanaşı, Atletlər Komissiyası nümayəndələrinə qədər – innovasiya və yaradıcılıq atmosferi formalaşdıraraq Los-Anceles-2028 Oyunları kimi gələcək tədbirlərə daha yaxşı hazırlamşmağa imkan yaradıb.

Məlumat üçün bildirək ki, IV rəqəmsal kommunikasiya və sosial media seminarı (DCSMS) ilk dəfə 2019-cu ilin əvvəlində Bakıda keçirilib. Seminar 2019-cu ilin sonunda Madriddə (İspaniya), 2023-cü ildə isə Lozannada (İsveçrə) təşkil olunub. Seminarın əsas hədəfi Milli Olimpiya Komitələrinin rəqəmsal strategiyalarını gücləndirmək üçün innovativ rəqəmsal trendləri və texnologiyaları araşdırmaqdan, bu istiqamətdə daha effektiv yolların və həllərin tapılması olub.

Dördüncü seminar bu ənənəni davam etdirərək qlobal ekspertlərin bilik və təcrübələrindən faydalanaraq, MOK-lar ilə Atletlər Komissiyaları arasında idman dünyasında rəqəmsal kommunikasiyanın inkişafı naminə əməkdaşlığı daha da gücləndirməyə yönəlib.


2694 oxunub

InvestAZ