Azərbaycanın "Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində növbəti oyununu keçirib. Komandamız Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin "Malmö" klubu ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 15-ci dəqiqəsində Juninyonun qolu ilə hesabı açan "Qarabağ" üstünlüyünü qoruya bilməyib. Cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. İkinci hissənin 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 24-də Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə qarşılaşacaq.