XƏBƏR LENTİ
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
30 Sentyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024



Neymar "Barselona"ya qayıdır
İdman 13:35 / 03.10.2024
"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar gələn yay "Barselona"ya qayıda bilər. Sport.es xəbər verir ki, o, Kataloniya təmsilçisinin transfer siyahısında ikinci yerdə qərarlaşıb.
Mənbənin məlumatına görə, "Barselona”nın əsas hədəfi "Mançester Siti”nin futbolçusu Erlinq Haalanddır. Əgər "Barselona" norveçli futbolçu ilə razalışa bilməsə, hücum xəttini Neymarla gücləndirəcək. Məlumat üçün bildirək ki, Neymar gələn yay azad agent statusu alacaq. Belə olduğu təqdirdə, "Barselona" onu pulsuz olaraq heyətə cəlb edə biləcək.
Qeyd olunur ki, Neymar 2026-cı ildə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində yer almaq istəyir. 32 yaşlı futbolçunun "Barselona"ya keçidi onu dünya çempionatı üçün yaxşı formada saxlaya bilər.

235 oxunub

InvestAZ