XƏBƏR LENTİ
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
30 Sentyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024



İki güləşçimiz Rusiyada fərqləndi
İdman 21:50 / 02.10.2024

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Vladiqafqaz şəhərində keçirilən beynəlxalq turnirdə 2 gümüş medal qazanıblar.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Xadartsov qardaşları kuboku”nda İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Turnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın bir neçə üzvü iştirak edib.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.


550 oxunub

InvestAZ