XƏBƏR LENTİ
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
30 Sentyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024



Bakıda IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçirilir
İdman 17:02 / 02.10.2024

Bakıda Milli Olimpiya Komitəsinin təşkil etdiyi IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçirilir.

Rəqəmsal alətlər və süni intellektin idman dünyasında istifadəsinin müzakirə edildiyi seminarda dünyanın müxtəlif ölkələrinin Milli Olimpiya komitələri və idman təşkilatlarını təmsil edən qonaqlar iştirak edir. 

Bu gün "Golden Coast” hotelində keçirilən seminarın birinci sessiyasında Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev çıxış edərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycanın bu vaxta qədər böyük tədbirlərə və çoxsaylı yarışlara ev sahibliyi etdiyini qeyd edən Azər Əliyev rəqəmsal kommunikasiya və sosial media mövzusunun vacibliyindən danışıb. 

Rəqəmsal kommunikasiya və sosial media seminarının ilk dəfə 2019-cu ildə Azərbaycanda keçirildiyini xatırladan MOK-un baş katibi Madrid və Lozannadan sonra ikinci dəfə bu seminarın ölkəmizdə təşkil edildiyin qeyd edib. 

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Spiros Kapralosun video müraciəti səsləndirildikdən sonra MOK-larla əlaqələr və Olimpiya Həmrəyliyi üzrə direktor müavini Lenni Abbeyin və MOKA-nın baş katibi Qunilla Lindberqin onlayn qaydada çıxışı olub.  

Tədbirdə Avropa Olimpiya Komitəsinin üzvü Canluka De Angelis Azərbaycan MOK-nun baş katibi Azər Əliyevə, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimova, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasovaya idman sektorunun inkişafına verdiyi töhfələrə görə AOK-un xüsusi hədiyyəsini təqdim edib. 

Seminarda həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına həsr olunmuş rəqəmsal kommunikasiya və sosial media ilə bağlı hesabatlar da dinlənilib.

Sessiyada BOK-un Rəqəmsal interaksiya və marketinq departamentinin təqdimatçısı Nikolas Reyxen onlayn formatda "Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələri/Təsir və Strategiya/Nəzər: Çətinliklər, ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” mövzusunda məruzəsi ilə çıxış edib. 

Tədbir zamanı "Süni intellekt üzrə Olimpiya proqramı: Sİ istedadların müəyyənləşdirilməsində və ictimaiyyətlə əlaqəsi” mövzusunda çıxışlar da olub. "Qitə Assosiasiyaları və Milli Olimpiya Komitələri arasında əməkdaşlıq: Hazırkı vəziyyət və Paris 2024-dən alınan dərslər, həmçinin gələcəyə baxış (EYOF, MICO 2026, Avropa Oyunları)” mövzusunda müzakirələr aparılıb. 

Bundan başqa seminarın ilk günündə Beynəlxalq Cüdo Federasiyasının əməkdaşı Vlad Marineskunun "Rəqəmsal sahədə naviqasiya: Paris-2024 oyunlarının çətinlikləri və 2 həll yolu”, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasovanın "Əhatənin maksimallaşdırılması: Rəqəmsal platformalar arasında təsiri artırmaq üçün strategiyalar” mövzusunda məruzələr səslənib. 

Seminar öz işini oktyabrın 4-də yekun vuracaq.


355 oxunub

InvestAZ