XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Bakıda IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçiriləcək
İdman 19:48 / 01.10.2024

Oktyabrın 2-4-də "Golden Coast” hotelində IV rəqəmsal kommunikasiya və sosial media seminarı keçiriləcək. 

 

Seminarın birinci sessiyasında Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-larla əlaqələr və Olimpiya Həmrəyliyi üzrə direktor müavini Lenni Abbey, MOKA-nın baş katibi Qunilla Lindberq çıxış edəcək. Həmçinin AOK prezidenti Spiros Kapralosun video müraciəti səsləndiriləcək. 

 

Sessiyada BOK-un Rəqəmsal interaksiya və marketinq departamentinin təqdimatçısı Nikolas Reyxenin onlayn formatda "Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələri/Təsir və Strategiya/Nəzər: Çətinliklər, ən yaxşı təcrübələr və öyrənilmiş dərslər” mövzusunda məruzəsi olacaq. 

 

Ardınca "Süni İntellekt üzrə Olimpiya proqramı: Sİ istedadların müəyyənləşdirilməsində və ictimaiyyətlə əlaqəsi”mövzusunda çıxışlar olacaq. 

 

Sessiyada həmçinin "Qitə Assosiasiyaları və Milli Olimpiya Komitələri arasında əməkdaşlıq: Hazırkı vəziyyət və Paris 2024-dən alınan dərslər, həmçinin gələcəyə baxış (EYOF, MICO 2026, Avropa Oyunları)” mövzusunda məruzələr də dinləniləcək. 

 

Bundan başqa seminarın ilk günündə Beynəlxalq Cüdo Federasiyasının əməkdaşı Vlad Marineskunun Rəqəmsal sahədə naviqasiya: Paris 2024 oyunlarının çətinlikləri və 2 həll yolları, Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abbasovanın "Əhatənin maksimallaşdırılması: Rəqəmsal platformalar arasında təsiri artırmaq üçün strategiyalar” mövzusunda məruzələri olacaq. 

 

İkinci günün sessiyalarında "Paris-2024 video və foto layihəsi: layihələrlə bağlı diqqəti cəlb edən məqamlar və rəylər” və ardınca növbəti - "Rəqəmsal Proqram Akseleratoru: növbəti addımlar” mövzusunda açıq müzakirələr aparılacaq.

 

MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyevanın "brendlər, influenserlər və digər tərəfdaşlarla əməkdaşlıq, çarpaz tanıtım imkanlarından istifadə edilməsi” mövzusunda çıxışı olacaq. 

 

Ardınca Paris-2024-də Olimpiya Oyunlarında "Olimpiyaçıların və Atletlər Komissiyaları ilə effektiv məzmun kampaniyalarının nümunələri, həmçinin Athlete365 və rəqəmsal kommunikasiya vasitəsilə idmançılarla əlaqə və Paris-2024 sosial media hesabatı, müxtəlif platformalarda MOK-ların uğurları” mövzusunda məruzələr dinləniləcək.

 

Sessiyanın üçüncü günündə "Rəqəmsal İnnovasiya: AOK-un rəqəmsal ekosistemi” mövzusunda çıxışın ardınca AOK, ATOS, JTA-nın rəhbərliyi ilə qrup iclasları olacaq.

 

Həmçinin "Gələcəyə nəzər: İstanbul-2027 üçün yeniliklər: Krakov-Malopolskadan video çəkilişlərə əsaslanaraq: AOK və qitə oyunlarını rəqəmsal formatda nə gözləyir?”, Bu Oyunlar üçün əlavə rəqəmsal inkişaf imkanlarının araşdırılması, "MOK- ların ideyaları – siz nə istərdiniz? Sizcə, hadisələr daha necə inkişaf edə bilər və hadisələr necə inkişaf etməlidir?” mövzularında çıxışlar olacaq.

 

Həmçinin "Süni intellektdən əvvəl və sonra: Rəqəmsal hekayə yaradıcıllığının yeni erası" mövzusunda məruzələr dinlənildikdən sonra  qarşıdan gələn idman tədbirləri üçün idmançıya yönəlmiş məzmunun yaradılması üzrə əməkdaşlığı gücləndirmək üçün strategiyalar müəyyən ediləcək. 

 

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.


2627 oxunub

InvestAZ