XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışında bir araya gəliblər
İdman 23:01 / 29.09.2024

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bulvar ərazisində keçirilən yarışda Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, SOCAR və "Azərişıq” ASC-nin əməkdaşları kayak növündə mübarizə aparıblar.

İştirakçılar kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda, kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda yarışıblar. Qaliblər diplom, medal və hədiyyə ilə mükafatlandırılıblar.


3126 oxunub

InvestAZ