XƏBƏR LENTİ
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
30 Sentyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024



Qılıncoynadanlarımızdan uğurlu nəticə
İdman 11:41 / 30.09.2024

Yeniyetmə qılıncoynadanlarımız Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət milli komandamız Gürcüstanın Tbilisi şəhərində keçirilən "Cadet Circuit" turnirində qızıl medal qazanıb.

Valentina Zeynalova, Fərəh Abasova, Leyla Əhmədova və Züleyxa Sultanlıdan ibarət komandamız ilk görüşündə Gürcüstanın ikinci komandasını 45:20 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda və həlledici görüşdə müvafiq olaraq Türkiyənin dördüncü və ikinci komandalarına 45:44 hesabı ilə qalib gələn yeniyetmə sablyaçı qızlarımız fəxri kürsünün ən yüksək pilləsində yer alaraq qızıl medal qazanıb.

"Cadet Circuit"in ilk yarış günündə həmçinin oğlan sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib. Qrup mərhəlsini 4 qələbə ilə başa vuran yeniyetmə qılıncoynadanımız Abbas Hüseynov pley-offda Türkiyə və Ukraynanı təmsil edən idmançılara qalib gələrək finala kimi irəliləməyi bacarıb. Qızıl medal uğurunda keçirilən qarşılaşmada Gürcüstan təmsilçisi Giorgi Uruşadzeyə 7:15 hesabı ilə uduzan Abbas Hüseynov beynəlxalq turnirin gümüş medalına layiq görülüb.

Son yarış günündə sablya növü üzrə yeniyetmə qızların şəxsi yarışında mükafatçılar müəyyənləşib. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Leyla Əhmədova pley-offda Gürcüstan və Türkiyə təmsilçilərinə qalib gəlsə də, finalın bir addımlığında Yunanıstan sablyaçısına uduzub.

Yarımfinala finala yüksəlməklə bürünc medalı təmin edən Leyla turniri üçüncü sırada başa vurub.


849 oxunub

InvestAZ