Polşada Feliks Stammın xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən Azərbaycan millisinin hər 2 idmançısı çıxışını medalla başa vurub. Boksçularımızdan Maqsud Xasmetov (63,5 kq) və Nəbi İsgəndərov (71 kq) finala kimi irəliləyiblər. Həlledici görüşdə rəqib qalib gəldiyindən yığmamızın üzvləri gümüş medala yiyələniblər.