XƏBƏR LENTİ
05 Oktyabr 2024
04 Oktyabr 2024
03 Oktyabr 2024
02 Oktyabr 2024
01 Oktyabr 2024
30 Sentyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
26 Sentyabr 2024



FIG Azərbaycan akrobatika gimnastikası nümayəndələrinin tarixi uğurlarını qeyd edib
İdman 15:44 / 29.09.2024

Beynəlxalq Gimnastika Federasiyası (FIG) öz rəsmi saytında Portuqaliyanın Gimarayes şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatının nəticələrinə yekun vurub.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Xüsusilə, turnirdə 4 qızıl, 1 gümüş və 3 bürünc mükafatı qazanaraq yeni tarixi yazan Azərbaycan təmsilçilərinin uğurları qeyd edilib. "Bu, Azərbaycan gimnastikası tarixində əla bir gün idi. Qarışıq cütlük Raziyə Seyidli & Ağasif Rəhimov və kişi cütlüyü Daniel Abbasov & Murad Rəfiyev iki dəfə çempion tituluna layiq görülərək komandanın liderliyini nümayiş etdirdilər. Bu Azərbaycan akrobatika gimnastikasının böyük nailiyyətidir. Qarışıq və balans hərəkətlərində qalib gələn idmançılar temp hərəkətlərində də bürünc medallara layıq oldular. Kişi qrupu da bürünc medalları qazanıb və bir gün ərzində Azərbaycan milli komandasının üçün ümumilikdə dörd mükafat qazandırıb. Bu, Akrobatika Gimnastikası üzrə komandanın Dünya Çempionatında ən güclü çıxışı oldu. Ümumilikdə ölkə səkkiz medal qazanıb”, - FIG saytında qeyd olunur.


822 oxunub

InvestAZ