XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Formula 1 Azərbaycan Qran-Prisinin açılış mərasimi keçirilib
İdman 15:04 / 15.09.2024

Bakıda Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimi keçirilib. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Dövlət Himnini Avroviziya-2022-də Azərbaycanı təmsil edən Nadir Rüstəmli səsləndirib.

Mərasimdə himn klassik üslubda ifa edilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. "Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürüb.


249 oxunub

InvestAZ