XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



"McLaren"nin avstraliyalı pilotu Bakıda qalib oldu
İdman 16:53 / 15.09.2024
Bakıda keçirilən şəhər trekində keçirilən Formula 1-in 17-ci mərhələsi - Azərbaycan Qran Prisinə yekun vurulub. Bu mərhələdə "McLaren"nin avstraliyalı pilotu Oskar Piastri finişi birinci keçib. "Ferrari"nin fransalı sürücüsü Şarl Lekler yarışı ikinci yerdə tamamlayıb. "Mercedes" komandasının ingiltərəli pilotu Corc Rassel ilk üçlükdə yer alıb. 
Bu mərhələdə meksikalı Serxio Peres ("Red Bull Rasing") və ispaniyalı Karlos Sayns ("Ferrari") yarışı qəza ilə başa vurublar. 

Formula 1. Azərbaycan Qran-prisinin yekun nəticələri


1. Oskar Piastri ("McLaren")
2. Çarlz Lekler ("Ferrari") +10,910.
3. Corc Rassel ("Mercedes") +31.328.
4. Lando Norris ("McLaren") +36,143.
5. Maks Verstappen ("Red Bull") +1.17.098.
6. Fernando Alonso ("Aston Martin") +1,25,468.
7. Alexander Albon ("Williams") +1,27,396.
8. Franko Kolapinto ("Williams") +1,29,541.
9. Lyuis Hemilton ("Mercedes") +1.32.401.
10. Oliver Berman ("Haas") +1.33.127.
11. Niko Hülkenberq ("Haas") +1,33,465.
12. Pyer Qasli ("Alpin") +1,57,189.
13. Daniel Rikkardo ("Red Bull") +2,26,907.
14. Quanyu Çjou ("Kik-Sauber”) +2,28,841.
15. Esteban Okon ("Alpin”) +1 dövrə.
16. Valtteri Bottas ("Kik-Sauber”) +1 dövrə.
17. Serxio Peres ("Red Bull") - qəza.
18. Karlos Sayns ("Ferrari") - qəza.
19. Lance Stroll (yarışmayıb)
20. Yuki Tsunoda (yarışmayıb)

671 oxunub

InvestAZ