Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.
Yürüşdə 10 komanda mübarizə aparır. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar. Ötən gün keçirilmiş birinci sərbəst yürüşdə "Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen, ikinci sərbəst yürüşdə isə "Ferrari"nin monakolu sürücüsü Şarl Lekler birinci olublar.
Bu gün, həmçinin saat 14:15-də Formula 2 üzrə sprint yarışı və saat 16:00-da Formula 1 üzrə sıralama turu təşkil olunacaq.