XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Olimpiya çempionu Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya sədr seçildi
İdman 12:28 / 14.09.2024

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclas Şuranın sədr, sədr müavini və katibinin seçilməsi ilə öz işinə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli İctimai Şuranın sədri, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Salmanlı isə katib seçilib.

İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər üzvlərin qərarı ilə yekdilliklə təsdiqlənib.

İctimai Şuranın iclası başa çatdıqdan sonra Gənclər Təşkilatının Resurs Mərkəzinin iş prinsipi, həmçinin Resurs Mərkəzində fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının, o cümlədən Gənclər Təşkilatları Milli Şurasının komandaları ilə tanışlıq olub.


857 oxunub

InvestAZ