XƏBƏR LENTİ
19 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024



Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci günə start veriləcək
İdman 09:11 / 14.09.2024

Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start veriləcək. Maraqlı idman mübarizəsi vəd edən Bakı mərhələsində Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçiriləcək.

Azərbaycan Qran-Prisinin birinci günündə Formula 1 üzrə sərbəst yürüşlər, Formula 2 üzrə sərbəst yürüş və sıralanma yarışları təşkil olunub. Yarışlarda müvafiq olaraq, Maks Ferstappen ("Red Bull”), Şarl Lekler ("Ferrari"), Enzo Fittipaldi ("Van Amersfoort") və Riçard Versçor ("Trident") qalib olublar.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Azərbaycan Qran-prisi
14 sentyabr
12:30. Formula 1: Üçüncü sərbəst yürüş
14:15. Formula 2: Sprint yarışı
16:00. Formula 1: Sıralama turu

Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.



775 oxunub

InvestAZ