Macarıstanın paytaxtı Budapeştdə keçirilən45-ci Ümumdünya Şahmat Olimpiadası dava edir. Bu günAzərbaycan yığmaları olimpiadada növbəti oyunlarını keçirəcək. Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv III turda Moldova ilə üz-üzə gələcək.
Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Argentina kollektivi ilə qarşılaşacaq.
Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk iki turda İordaniya və Finlandiyanı, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraqua və Avstraliyanı məğlub edib.
Qeyd edək ki, 45-ci Ümumdünya Şahmat Olimpiadasısentyabrın 23-də başa çatacaq.