XƏBƏR LENTİ
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



Hacı Əliyev Paris-2024-ü medalsız başa vurdu
İdman 20:48 / 10.08.2024

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan XXXIII Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib. Buna səbəb 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və dördqat Avropa çempionumuzun 1/4 finalda məğlub olduğu Macarıstan təmsilçisi İsmail Muszukayevin finala vəsiqə qazana bilməməsi olub. Macarıstanlı güləşçi yarımfinalda iranlı Rahman Amuzadxaliliyə 0:10 hesabı ilə uduzduğuğa görə Hacı Əliyev bürünc medal şansından məhrum olub. Beləliklə, ikiqat Olimpiya mükafatçımız ardıcıl iştirak etdiyi üçüncü olimpiadasını medalsız başa vurub.


15971 oxunub

InvestAZ