XƏBƏR LENTİ
30 İyun 2024
28 İyun 2024
27 İyun 2024
26 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024



Taekvondoçularımız “Asiya uşaqları” yarışında 4 medal qazandılar 
İdman 15:16 / 27.06.2024

Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 4 medal qazanıblar.

48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli 1/4 finalda Rusiya təmsilçisi Yeqor Jirkovu məğlub edib. Yarımfinalda tailandlı Puriç Madsamanı üstələyən idmançımız həlledici görüşdə özbəkistanlı Behruz Salimova uduzaraq gümüş medalla kifayətlənib.

55 kiloqramda yer alan Ziya Həsənli ilk görüşündə rusiyalı Lvov Nurgunu yenərək yarımfinala adlayıb. Finala gedən yolda belaruslu Stepan Hoidzaya məğlub olan taekvondoçumuz bürünc medal uğrunda qarşılaşmada Nurislam Yunusovdan güclü olub.

63 kiloqram çəki dərəcəsində mübarizə aparan Vasif Səlimov 1/4 finalda rusiyalı Andrey Artemenkoya, yarımfinalda isə qazaxıstanlı Beket Bolatulına qalib gəlib. Həlledici döyüşdə özbəkistanlı Cahongir Sırikbayevdən üstün olan Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.

Qız taekvondoçular arasında isə 63 kiloqram çəki dərəcəsində yarışan Fatimə Həsənova özbəkistanlı Zilola Mamirova ilə mübarizədən qalib ayrılaraq yarışda 3-cü yeri tutub.


838 oxunub

InvestAZ