XƏBƏR LENTİ
02 İyul 2024
01 İyul 2024
28 İyun 2024
27 İyun 2024
26 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024



Üzgüçülülərimizdən uğurlu başlanğıc 
İdman 11:44 / 28.06.2024
Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunları davam edir. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə,  üzgüçülülərimiz yarışa uğurla start veriblər. Belə ki, komandamızın üzvləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atırlar. Təmsilçilərimizdən Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıblar. 
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri Oqtay Hüseynov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.
"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük yarışlarına iyulun 4-də yekun vurulacaq. 

1004 oxunub

InvestAZ