XƏBƏR LENTİ
30 İyun 2024
28 İyun 2024
27 İyun 2024
26 İyun 2024
23 İyun 2024
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024



"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının açılış mərasimi keçirilib
İdman 12:13 / 27.06.2024

İyunun 26-da Saxa Respublikasının Yakutiya şəhərində "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, "Tuymaada" stadionunda keçirilən mərasimdə əvvəlcə iştirakçı ölkələrin bayraqları idmançılar tərəfindən nümayiş olunub. Daha sonra Rusiyanın idman naziri Mixail Deqtyarev iştirakçı ölkələri Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından salamlayıb.

Mərasimdə "Asiya uşaqları” Beynəlxalq İdman Oyunları hakimlərinin iştirakı ilə parad keçirilib. "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının məşəli alovlandırıldıqdan sonra tədbir bədii hissə ilə davam edib.

Yarışa iyulun 6-da yekun vurulacaq. Azərbaycan bu yarışda 16 idman növü üzrə 80 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, açılışdan öncə oyunların atletlər kəndində Azərbaycan milli komandasının şərəfinə Dövlət Himnimiz səsləndirilib və Azərbaycanın bayrağı qaldırılıb.


947 oxunub

InvestAZ