İyunun 6-da Rumıniyanın paytaxtı Buxarestdə Avropa Olimpiya Komitələrinin (AOK) 53-cü Baş Assambleyasının iclasına öz işinə başlayıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, assambleyanın iclasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və idman naziri, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov iştirak edirlər.
BOK-un prezidenti Tomas Baxın, AOK-un prezidenti Spiros Kapralosun, Rumıniya MOK-nun prezidenti Mihai Covaliunun da iştirak etdiyi iclasın ilk günündə Paris-2024 Yay Olimpiya Oyunları, Milano Kartina-2026 Qış Olimpiya Oyunları, AOK-un Strategiya Gündəliyi-2030, Tibb və Antidopinq kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin AOK Təşkilat Komitəsinin və BOK Təşkilat Komitəsinin hesabatları dinlənilib. Əlavə olaraq 2025-ci ildə Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasının təqdimatı olub.
Baş Assambleyanın iştirakçılarına AOK prezidenti Spiros Kapralos, AOK Baş katibi Rafael Paqnozi tərəfindən hesabatlar təqdim edilib. AOK-un xəzinədarı Peter Mennel 2023-cü il maliyyə hesabatı, 2025-ci ilin büdcəsi, xarici auditorların təyinatı və AOK komissiyalarının hesabatları da iclasın gündəliyinə salınıb.
Daha sonra 1-ci Janez Kojiancic "Avropa Oyunlarının ən yaxşı qadın və kişi idmançıları" və qış turniri üzrə 9-cu Pyotr Nurovski "Ən yaxşı Avropalı Gənc Atlet” mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Tomas Baxın açılış nitqiylə başlayacaq Assambleyanın ikinci günündə 2027-ci ildə keçiriləcək 4-cü Avropa Oyunları, Avropa Gənclərinin Olimpiya Festivalları müzakirə ediləcək. İclasda AOK komissiyalarının hesabatları dinlənəcək və idmanda süni intellektin faydaları haqqında müzakirələr aparılacaq. Daha sonra Avropa Olimpiya Komitəsinin "xidmətlərinə görə" ordeni və Avropa Olimpiya Komitəsinin Olimpiya Çələngi mükafatlandırma mərasimi keçiriləcək.
AOK-un 53-cü Baş Assambleyasına iyunun 7-də yekun vurulacaq.