XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



“Toyota” BOK-la yeni müqavilə imzalamayacaq
İdman 11:27 / 29.05.2024

"Toyota Motor” Korporasiyası olimpiadaya sponsorluqdan imtina etmək qərarına gəlib. Görünür, şirkət Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə müqaviləni yeniləməyəcək.

"Toyota Motor” Korporasiyası ilə BOK arasında hazırkı müqavilə 2015-ci ildə bağlanıb və 2024-cü ilə qədər qüvvədədir. "Kyodo” agentliyinin məlumatına görə, müqavilənin ümumi dəyəri 100 milyard yendən artıqdır (təxminən 640 milyon dollar). Bildirilir ki, "Toyota Motor” şirkəti Paris Olimpiadasının təşkilatçılarına 3 mindən çox avtomobil təqdim edib. Şirkətin sponsorluqdan çıxmaq qərarı korporasiyanın ayrılan vəsaitdən istifadənin səmərəliliyindən narazılığı ilə bağlıdır.

Məlumat üçün bildirək ki, "Coca-Cola” və "Procter & Gamble” kimi on beş korporasiya Olimpiya Oyunlarının əsas sponsorları olmaqda davam edir. Yaponiya, "Toyota Motor”dan başqa, elektrik mühəndisliyi şirkəti "Panasonic” və şin istehsalçısı "Bridgestone” ilə təmsil olunur.


8464 oxunub

InvestAZ