XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Boks üzrə kadetlər arasında ölkənin ən güclüləri mükafatlandırılıb
İdman 14:08 / 27.05.2024

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 56 komandanın 220 boksçusu gücünü yoxlayıb.

Boks Mərkəzində təşkil olunan həlledici görüşlərin yekununa əsasən, Qardaş Rəhimov, Sahib Baxışlı, Əli Abaslı, Ramiz Ağadadaşov, Oğuz İbrahimli, Tunar Mehdiyev, Yusif Həsənli, İbrahim Bədəlli, Adəm Aslanov, Anzor İsrafilov, Nurlan Müseybli, Şikar Əliyev, Şahin Layijov, İsmayıl Məmmədov, Mehran Rəsulov, Yusif Ağakişiyev və Uğur Həsənov qızıl medala yiyələniblər.

Birincilikdə komanda hesabında Gəncə birinci yeri tutub. İkinci pillədə Sumqayıt qərarlaşdığı halda, "üçlüy”ü UGİM-7 qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Əli Abaslı layiq görülüb, İlqar Qasımzadə ən yaxşı hakim seçilib. Həmçinin Məzahir Rəhimov (Biləsuvar), Nicat Quliyev (Cəlilabad), Şahin Qocayev (Şirvan), Orxan Cəbiyev (Masallı), Miraləm İsayev (İmişli), Fazil Ruşanov (Mingəçevir) və Bəhruz İbrahimov (Gəncə) federasiyanın təşkil etdiyi yarışlarda fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif olublar.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.



5612 oxunub

InvestAZ