Lənkəran-Astara Regional
Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində "Sağlam həyat" layihəsi
çərçivəsində yeniyetmə və gənclər arasında atletika, həndbol, voleybol, boks və
cüdo idman növləri üzrə kütləvi idman tədbiri keçirilib.
Əsas məqsəd sağlam həyat tərzinin təbliği, idmana marağın artırılmasından
ibarət olan tədbirdə çıxış edənlər ölkəmizdə idmana olan diqqət və qayğıdan söz
açaraq, idmançılarımızın beynəlxalq arenadakı uğurları haqqında danışıblar.
Tədbirdə 150 nəfər yeniyetmə və gənc öz bacarığını nümayiş etdirib.