XƏBƏR LENTİ
03 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Premyer Liqa: 31-ci tura tura yekun vuruldu
İdman 21:22 / 21.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun oyunlarına yekun vurulub. Son oyunda "Araz-Naxçıvan" "Səbail"i qəbul edib.

"Liv Bona Dea" arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.

Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan "Turan Tovuz"un turnir cədvəlindəki mövqeyinə şərik olub.

Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: "Turan Tovuz" - "Sumqayıt" 1:4, "Qarabağ" - "Qəbələ" 2:2, "Zirə" - "Neftçi" 3:1, "Kəpəz" - "Sabah" 1:2.


1935 oxunub

InvestAZ