XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Mbappe sözünə əməl etməyib
İdman 17:27 / 21.04.2024
PSJ rəhbərliyi komandanın hücumçusu Kilian Mbappedən narazıdır. "Footmarcato” jurnalistlərinin yazdığına görə, 25 yaşlı hücumçu ötən ilin avqustunda klub prezidenti Nasser Al-Xelaifi-yə yeni müqavilə imzalayacağını vəd etsə də, sözünə əməl etməyib. Futbolçu bu mövsümün sonunda Madrid "Real”ına keçməyə qərar verib. Mbappenin bu qərarı Paris klubunun rəhbərini qəzəbləndirib. Qeyd edək ki, Kilian 2017-ci ildən Paris komandasında oynayır. Onun müqaviləsi 2024-cü ilin iyunun sonunda başa çatır. Bu mövsüm hücumçu 42 matçda iştirak edib, 41 qol vurub və 9 məhsuldar ötürmə edib.


10446 oxunub

InvestAZ