XƏBƏR LENTİ
03 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Məşhur filmdəki avtomobil satışa çıxarılıb - FOTO
İdman 13:10 / 20.04.2024
Məşhur "Gran Turismo” filminin çəkilişlərində istifadə olunan "Audi R8 LMS GT3 Evo” satışa çıxarılıb. Ümumi yollarda sürülməsi üçün sertifikatı olmayan avtomobil hazırda ABŞ-dadır. Avtomobilin sahibi ona 249 min dollar qiymət qoyub. Bildirilir ki, avtomobilin kapotunun altında V10 mühərriki var. Bundan əlavə, idman avtomobili karbon lifli kuzova və ardıcıl transmissiyaya malikdir. Məlumat üçün bildirək ki, "Gran Turismo” filmi 2023-cü ildə ekranlara çıxıb. Film "Nissan” Akademiyasında seçimdən keçən və həqiqi yarışlara başlayan Yann Mardenborunun hekayəsindən bəhs edir. Mardenboro filmdə məsləhətçi kimi çıxış edib. Əsas rolları isə Archie Madekwe, Orlando Bloom və David Harbour ifa ediblər.
922 oxunub

InvestAZ