XƏBƏR LENTİ
01 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Konfras Liqası: Bu gün 1/4 finalın cavab oyunları keçiriləcək 
İdman 12:07 / 18.04.2024

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Təşkil olunacaq 4 oyundan sonra yarımfinalın bütün iştirakçılarının adına aydınlıq gələcək. 

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Fənərbağça” öz meydanında Yunanıstan klubu "Olimpiakos”la qarşılaşacaq. Bu komandalar arasında Yunanıstanda keçirilən oyunda "Olimpiyakos" 3:2 hesabı ilə qalib gəlib. 

Gecənin digər oyununda İtaliyanın "Fiorentina" klubu Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq. Komandalar arasında Çexiyada keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. 

Digər maraqla gözlənilən oyunlardan biri isə Fransada baş tutacaq. "Lil" komandası doğma meydanda səfərdə 2:1 hesabı ilə məğlub olduğu "Aston Villa"ya qalib gəlməyə çalışacaq.  

Gecənin növbəti oyunu isə PAOK (Yunanıstan) və "Brügge” (Belçika) klubları arasında olacaq. Tərəflərin Belçikada keçirilən ilk oyunu "Brügge"nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. 



1291 oxunub

InvestAZ