XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Boksçularımız Avropa birinciliyini 2 qızıl medalla başa vurdular
İdman 21:31 / 14.04.2024

Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komandamız yarışı 2 qızıl medalla başa vurub. Komandamızın heyətində ilk olaraq Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə başa vuran B.Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib. Yığmamıza növbəti qızıl medalı 54 kq çəki dərəcəsində mübarizə aparan Ömər Aslanlı qazandırıb. Finalda ukraynalı Maksim Çekinlə üz-üzə gələn boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.


13850 oxunub

InvestAZ