XƏBƏR LENTİ
10 May 2024
09 May 2024
08 May 2024



"Qarabağ" son dəqiqələrdə qələbəni əldən verdi
İdman 23:48 / 07.03.2024
"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniyanın "Bayer" klubu ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib. Matçın 26-cı dəqiqəsində Yassin Benzia Juninyonun ötürməsindən sonra hesabı açıb. İlk hissənin sonlarına yaxın Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb. Bu dəfə Olavio Juninyo özü 45+2-ci dəqiqədə rəqib qapıçını da keçərək topu qapıya göndərib. 
Lakin "köhlən atlar" hesabdakı üstünlüyünü sona qədər qoruya bilməyib. Matçın ikinci hissəsində təzyiqi artıran Leverkuzen təmsilçisi hesabdakı fərqi azaldıb. Florian Virtz 70-ci dəqiqədə müdafiədəki səhvdən yararlanıb. Almanlar matçın 90+2-ci dəqiqəsinə məğlubiyyətdən qaçmağı bacarıblar. Patrik Şik cinahdan qapı qarşısına ötürməni dəqiq zərbə ilə tamamlayaraq hesabı bərabərləsdirib. Bu, oyunda vurulan son qol olub. 
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

2513 oxunub

InvestAZ