XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024



Yunan-Roma güləşçimiz Paris-2024-ə lisenziya qazandı 
İdman 19:31 / 09.05.2024

Yunan-Roma güləşçimiz Murad Məmmədov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Pəhləvanımız bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində nail olub. 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə latviyalı Aleksandrs Yurkyansa,1/8 finalda isə almaniyalı Kristofer Kramerətam üstünlüklə (10:1) qalib gəlib. 1/4 finalda polşalı Mixal Trakza5:1 hesabı ilə qalib gələn idmançımız yarımfinalda rumıniyalı Razvan Arnauta qalib gələrək Paris-2024-ə lisenziya əldə edib.

Bu,klassiklərimizin olimpiadaya üçüncü lisenziyasıdır.

Beləliklə, Azərbaycan idmançılarının Paris-2024-ə qazandığı rəsmi lisenziyaların sayı 19-a çatıb.



1272 oxunub

InvestAZ