XƏBƏR LENTİ
20 May 2024
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024



Murad Məmmədov: “Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”
İdman 20:16 / 09.05.2024

"Yarışa çox yaxşı hazırlaşmışdım. Bunun üçün də Paris-2024-ə lisenziya qazanacağıma inanırdım”.

Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Murad Məmmədov deyib.

Avropa çempionumuz Paris Olimpiadasında ona olan ümidləri doğrultmağa çalışacağını bildirib. "Həlledici görüşdə hesabda geri düşməyimə baxmayaraq özümə inanırdım. Belə də oldu. Sonda rəqibimə 8:2 hesabı ilə qalib gəldim. Artıq yaş ötdükcə təcrübəm də artır. Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”, - deyə Murad Məmmədov bildirib.

Qeyd edək ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta qalib gələrək Paris-2024-ə lisenziya əldə edib.


1127 oxunub

InvestAZ