XƏBƏR LENTİ
10 May 2024
09 May 2024
08 May 2024



Gənc güləşçilərimiz Astanada beynəlxalq turnirdə iştirak edəcəklər
İdman 21:40 / 07.03.2024

Martın 11-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ölkəmizi böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq), Məhəmməd Şükürzadə, Fərid Baxışlı (hər ikisi 63 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq), Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (hamısı 72 kq), Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq) və Məzaim Mərdanov (130 kq) təmsil edəcək.

Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev ədaləti qoruyacaq.


3115 oxunub

InvestAZ