XƏBƏR LENTİ
15 May 2024
14 May 2024
13 May 2024
12 May 2024



Azərbaycan gimnastları Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşırlar
İdman 15:30 / 06.03.2024

İdman gimnastikası üzrə Azərbaycan yığması Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirir.

Hazırlıqda milli komandanın baş məşqçisi Ruslan İrqaşov və məşqçi Eldar Səfərovun rəhbərliyi ilə 5 idmançı iştirak edir.

Martın 10-dək davam edəcək məşqlərə Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev cəlb olunublar.

Toplanış martın 7-10-da Milli Gimnastika Arenasında baş tutacaq idman gimnastikası üzrə Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, "Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 67 ölkədən idmançıların iştirakı gözlənilir.


2623 oxunub

InvestAZ