"Bavariya" qışda "Barselona"nın müdafiəçisi Ronald Arauxonun transferini rəsmiləşdirmək üçün iki dəfə cəhd edib. Mundo Deportivo xəbər verir ki, danışıqlarda Münhen klubunun baş məşqçisi Tomas Tuxel iştirak edib. Uruqvaylı futbolçuya təklif olunan ilk müqavilədə 70 milyon avro, üstəgəl 20 milyon bonus nəzərdə tutulub. Bu kataloniyalıların marağını özünə cəlb etməyib. Ardınca 80 milyon avro və 10 milyon bonus təklifi də "Barselona”nı qəne etməyib.