XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
İdman 16:32 / 23.02.2024

Futbol üzrə UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbağça"nın da rəqibi müəyyənləşib.

İstanbul klubu bu mərhələdə "Yunion” (Belçika) ilə üz-üzə gələcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandası isə PAOK-a (Yunanıstan) rəqib olub.

UEFA Konfrans Liqası
1/8 final mərhələsi

"Servett” (İsveçrə) - "Viktoriya” (Çexiya)

"Ayaks” (Niderland) - "Aston Villa” (İngiltərə)

"Molde” (Norveç) - "Brügge” (Belçika)

"Yunion” (Belçika) - "Fənərbağça” (Türkiyə)

"Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan)

"Şturm” (Avstriya) - "Lill” (Fransa)

"Makkabi” (Hayfa, İsrail) - "Fiorentina” (İtaliya)

"Olimpiakos” (Yunanıstan) - "Makkabi” (Təl-Əviv, İsrail)

Qeyd edək ki, bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də gerçəkləşəcək.



23289 oxunub

InvestAZ