UEFA Avropa Liqasının 18 final mərhələsinin püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərindətəşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Qurban Qurbanovun komandası 1/8 finalda Almaniyanın "Bayer” komandasına rəqib olub.
Ağdam təmsilçisi ilk oyununu martın 7-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə martın 14-də Almaniyada olacaq.
Avropa Liqası, 1/8 final
"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)
"Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)
"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Bayer 04" (Almaniya)