XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Avropa Liqasının 1/8 finalına vəsiqə qazanan "Qarabağ" nə qədər gəlir əldə edəcək?
İdman 11:35 / 23.02.2024

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu mübarizədən kənarlaşdıran "Qarabağ"ın qazandığı mükafatın məbləği müəyyənləşib.

1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxt oynanılıb.Matçın yekununda komandamız rəqibinə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək 1/8 finala yüksəlib.



9457 oxunub

InvestAZ