XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Beynəlxalq konfrans öz işini Qubada davam etdirir
İdman 12:22 / 23.02.2024

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə keçirilən "Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransı öz işini Qubada davam etdirir.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə idmançılar üçün ədalətli şərait yaradacaqlarını və dopinqə qarşı mübarizədə əllərindən gələni edəcəklərini deyib.

Qurumun Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev ötən gün UEFA Avropa Liqasında 1/8 finala yüksəlməklə tarixi nəticəyə imza atan "Qarabağ"ı təbrik edib, komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb. Konfransın əhəmiyyətindən də söz açan ikiqat Paralimpiya çempionu bildirib ki, idmançılar zərərli vərdişlərdən uzaq durmalıdırlar.

Azərbaycanın qadın taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova çətinliklərə baxmayaraq, hər bir idmançıya dözümlü olmağı tövsiyə edib. Olimpiya Oyunlarının üçqat iştirakçısı qeyd edib ki, idmançılar təmiz bədənlə qazandıqları uğurlara görə xoşbəxt olmalıdırlar.

Konfransda yerli idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, xarici qonaqlar da iştirak edirlər.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirən beynəlxalq elmi-praktik konfransın açılış mərasimi fevralın 21-də Bakıda olub.



3557 oxunub

InvestAZ