XƏBƏR LENTİ
05 Fevral 2025
04 Fevral 2025
03 Fevral 2025
02 Fevral 2025
31 Yanvar 2025
30 Yanvar 2025
29 Yanvar 2025
28 Yanvar 2025



Kapitan müqaviləni uzatmayacaq
İdman 13:51 / 11.02.2024

"Monako"nun kapitanı Vissam Ben Yedder hazırki klubu ilə yayda başa çatacaq müqaviləsini yeniləməyəcək. Mənbənin məlumatına görə, forvard 2019-cu ilin avqustundan çıxış etdiyi klubu tərk edəcək.

Le10sport.com xəbər verir ki, 33 yaşlı fransalı hücumçu "Marsel” ilə azad agent kimi müqavilə imzalamaq arzusundadır. Mənbə həmçinin hücumçunun Səudiyyə Ərəbistanı klublarından birinə mümkün transferini də diqqətdə saxlayır.

Mıumat üçün bildirək ki, bu mövsüm Ben Yedder "Monako"nun heyətində bütün turnirlərdə 21 oyun keçirib, 15 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt 33 yaşlı forvardın qiymətini 10 milyon avro olaraq qiymətləndirir. 2019-cu ildə "moneqasklı”lar onun üçün 40 milyon avro ödəyiblər.


9760 oxunub

InvestAZ