XƏBƏR LENTİ
21 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024
17 Dekabr 2024
16 Dekabr 2024
13 Dekabr 2024
12 Dekabr 2024



Volf:  “Avtomobilimiz böyük səs-küy salacaq”
İdman 19:11 / 05.12.2023
"Mercedes”in baş məşqçisi Toto Volf komandanın 2024-cü ildəki bolidi haqqında danışıb. Volfun sözlərinə görə, o, hələlik heç bir rəqibində bu avtomobilin bəzi elementlərini görməyib.
"Gələn il avtomobilimiz böyük səs-küy salacaq. Bizim bolid əla bir xüsusiyyətlərə malikdir. Onun daxilində başqa avtomobillərdə hələ görmədiyimiz bir neçə maraqlı detal var”, – deyə o, "FormulaNerds”ə bildirib.
Xatırladaq ki, 2023-cü il Formula 1 mövsümündə Mühəndislər çempionatında qələbəni 860 xal toplayan Avstriyanın "Red Bull” yarış komandası qazanıb. "Mercedes” 409 xalla ikinci olub. İlk üçlüyü İtaliyanın "Ferrari” komandası tamamlayıb. Dördüncü olan "Skuderiya”nın 406 xalı var.

9216 oxunub

InvestAZ