XƏBƏR LENTİ
27 Dekabr 2024
26 Dekabr 2024
25 Dekabr 2024
24 Dekabr 2024
23 Dekabr 2024
19 Dekabr 2024
18 Dekabr 2024



Budapeşt sınağı 6 medalla yadda qaldı
İdman 13:09 / 05.12.2023

Dekabrın 2-3-də Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə "Mıkulas Kupa-2023” beynəlxalq turniri keçirilib.

Sayca 14-cü dəfə təşkil olunan yarışda 12 ölkəni (Macarıstan, Azərbaycan, Ukrayna, BƏƏ, Slovakiya, Sloveniya, Polşa, Avstriya, Böyük Britaniya, Xorvatiya, Bolqarıstan və Kipr) təmsil edən 300-dən çox gimnast mübarizə aparıb.

Turnirdə ölkəmizin idman şərəfini qoruyan Azərbaycan Həmkaralar İttifaqları Konfederasisyası "Spartak” Könüllü Bədən Tərbiyəsi - İdman Cəmiyyətinin gimnastları uğurla çıxış edərək 2 qızıl, 4 gümüş medala layiq görülüblər. Gimnastlarımızdan Melissa Yusifova və Turan Zeynalzadə çoxnövçülük üzrə yarışlarda qızıl medala sahib çıxıb. Komandamızın digər üzvlərindən Məryəm Hüsenyzadəhəm çoxnövçülük, həm də topla hərəkətlərdə gümüş medala yiyələnib. Digər 2 gümüş medalı isə Fidan Tağıyeva çoxnövçülük və topla hərəkətlərdə komandamızın aktivinə yazdırıb. İdmançıların əldə etdiyi bu nailiyyətlərdə Əməkdar məşqçilər Nurlana Əlizadənin və Natalya Nərimanovanın böyük əməyini qeyd etmək olar.


9121 oxunub

InvestAZ