XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Premyer Liqa: Bu gün XV tura yekun vurulacaq
İdman 11:44 / 04.12.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyunlarına yekun vurulacaq. Turun son oyununda "Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq oyunu Tural Qurbanov idarə edəcək. Qarşılaşmanın start fiti 19:30-da veriləcək. Ağdam təmsilçisi bu oyunda qələbə qazanacağı təqdirdə xallarının sayını 32-yə çatdıraraq ikinci yerdə qərarlaşan "Zirə”ni dörd xal qabaqlayacaq. "Qırmızı-qaralar" isə hazırda 11 xalla 9-cu pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" "Zirə"yə (1:0), "Sabah" isə "Kəpəz"ə (2:0) qalib gəlib. "Araz-Naxçıvan" - "Səbail" (1:1) və "Turan Tovuz" - "Sumqayıt" (2:2) qarşılaşmalarında isə heç-heçə qeydə alınıb.


24859 oxunub

InvestAZ